Halit Ergenc həyat yoldaşı ilə eyni səhnədə (VİDEO)
Ötən gün keçirilən "Altın kelebek" mükafatlandırma mərasimində tədbirin aparıcısı tanınmış aktyor Halit Ergenç "İlin parlayan ulduzları" mükafatını sahiblərinə təqdim etmək üçün həyat yoldaşı aktrisa Bergüzar Koreli ilə eyni səhnəni bölüşüb.
BAKU.WS məlumat verir ki, həyəcanlı anlar yaşayan Ergenç, "rolları və istedadlarıyla ulduzu parlayan gənc istedadlılarımızı mükafatlandıracayıq. "İlin parlayan ulduzları" mükafatını açıqlamaq üzrə səhnəyə hamınızın yaxından tanıdığı, iki "Altın kelebek" mükafatlı bir aktrisanı çağırıram. Hər halda üzümdəki bu qəribə gülümsəmədən anlamısınız" dedikdən sonra yoldaşını səhnəyə dəvət edib. Bergüzar, gəlinliyə bənzər uzun libası ilə səhnəyə gəlib. Olduqca həyəcanlı görünən aktrisa zarafatla həyat yoldaşına "yeməyi sobada unutmuşam, evə getməliyəm" deyib.
Mükafatı sahiblərinə təqdim etdikdən sonra Ergenç, Bergüzarı "evdə görüşərik, sevgilim" deyərək yola salıb.
BAKU.WS
Oxşar xəbərlər
Hamının gözü Beyonsun dekoltesində idi (FOTO)
Dünyaca məşhur pop ulduz Beyons ötən gün Las-Veqasda həyat yoldaşı Cey Z ilə boks yarışını izləyib. BAKU.WS məlumat verir ki, geyindiyi açıq dekolteli qara lib...