Ermənilərə dəstək verən müğənninin Bakı konserti ləğv olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olub.
BAKU.WS xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.
Bunun ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da baş tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib.
Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb.
Şirkət Qafqazinfo-ya açıqlamasında konsertin ləğv olunduğunu açıqlayıb.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan teatrlarında bilet qiymətləri - SİYAHI
“Report” Azərbaycan teatrlarında bilet qiymətlərini öyrənib. Həmin qiymətləri təqdim edirik:Akademik Milli Dram Teatrında biletlərin qiyməti 6-10 AZN arası dəyi...