Əri Türkiyədən qayıdan Sevda Yahyayevanı belə qarşıladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Sevda Yahyayeva bir müddət Türkiyədə qaldıqdan sonra vətənə qayıdıb.
BAKU.WS xəbər verir ki, ifaçı orada klip çəkilişi üçün qalmışdı. Sevda bu haqda sosial şəbəkə hesabında məlumat verib.
Onu hava limanında həkim həyat yoldaşı Zakir Bayramov qarşılayıb. O, Sevdaya qırmızı qızılgül buketi verib.
Yahyayeva həmin anları instaqram hesabında paylaşıb. Onun əri ilə səmimi görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Sevda bir neçə həftə əvvəl həyat yoldaşı Zakirlə Türkiyəyə istirahətə yollanıb. Daha sonra Zakir işləri ilə bağlı vətənə qayıtmalı olub. Sevda isə klip çəkilişinə görə bir müddət orada qalıb.
Oxşar xəbərlər
Həyat yoldaşı ilə istirahətdə olan Sevda: "Gizli çəkilişlərə görə bizi tutacaqlar" - FOTO/VİDEO
Müğənni Sevda Yahyayeva yenidən həyat yoldaşı Zakir Bayramovla istirahətə yollanıb. BAKU.WS xəbər verir ki, cütlük bu dəfə dincəlmək üçün qonşu Türkiyəni seçib...