Həyat yoldaşı ilə istirahətdə olan Sevda: "Gizli çəkilişlərə görə bizi tutacaqlar" - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Sevda Yahyayeva yenidən həyat yoldaşı Zakir Bayramovla istirahətə yollanıb.
BAKU.WS xəbər verir ki, cütlük bu dəfə dincəlmək üçün qonşu Türkiyəni seçib.
Onlar İstanbulun mərkəzində yerləşən Dolmabağça Sarayını qarış-qarış gəziblər. Tarixi məkanda çəkiliş edən Sevda görüntüləri sosial şəbəkə hesabında paylaşıb. O, videoya "Axırda bu gizli çəkilişlərə görə bizi tutacaqlar" sözlərini də əlavə edib.
Həyat yoldaşı ilə restoranda şam yeməyi yeyən Yahyayeva məşhur aşpaz Nusret Gökçenin “Salt bea” hərəkətini də təkrarlayıb.
İfaçının səyahətindən lentə alınan bütün videoları və fotoları izləyiciləri tərəfindən bəyənilərək, maraqla qarşılanıb.
Qeyd edək ki, tez-tez xaricə istirahətə yollanan Sevda və Zakir cütlüyü bir müddət əvvəl Şri-Lankadan qayıdıb. Yahyayevanın sözlərinə görə, onun həkim həyat yoldaşı bu günə qədər dünyanın 105 ölkəsini gəzib.
Qalereya
Oxşar xəbərlər
Tatlısesdən Nusret və CZN Buraka ittiham: "Millətə palçıq yedizdirirlər" - FOTO
Türk sənət musiqisinin imperatoru İbrahim Tatlıses müğənni olmaqla yanaşı həm də iş adamıdır. Onun Türkiyənin bir çox şəhərlərində xeyli sayda lahmacun və çiykö...