Ərdoğan Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasından təsirləndi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən "Expo-2020" sərgisində Azərbaycan pavilyonunu ziyarət edib.
BAKU.WS xəbər verir ki, ziyarət zamanı Türkiyə Prezidenti Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında Azərbaycan mahnılarını dinləyib.
Prezident xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın ifasından təsirləndiyini ifadə edib. Bu haqda Türkiyə prezidenti "Real Tv"yə eksklüziv müsahibəsində bildirib.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Expo 2020 Dubai" beynəlxalq sərgisində Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan pavilyonu da təqdim edilir. Sərgi bu il martın 31-dək davam edəcək.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...