Enrike İqlesias bu qərarı ilə hər kəsi təəccübləndirdi
06
sen
2021
10:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni Enrike İqlesias musiqi karyerasına son qoyur.
BAKU.WS xəbər verir ki, ispan ifaçı yaxın zamanlarda pərəstişkarlarına sonuncu dəfə albom təqdim edəcəyini bildirib.
Müğənninin son albomu isə simvolik olaraq "Son Albom" adlanacaq. "Bu, mənim son albomum ola bilər. Son bir neçə ildir ki, karyeramı bitirmək haqqında düşünürdüm", – deyə İqlesias açıqlama verib.
Xarici mətbuatda yayılan bəzi məlumatlara görə, Enrike musiqidən tamamilə ayrılmayacaq. O, bundan sonra sadəcə bəstəkar kimi fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Sami Yusuf: "Azərbaycan dili mənim həyatımın mənasıdır" (MÜSAHİBƏ)
Öz bənzərsiz ifası ilə qəlbləri riqqətə gətirən britaniyalı müğənni Sami Yusuf AZƏRTAC-a müsahibəsində Nəsimiyə, muğama və Azərbaycana sevgisindən danışıbAzərba...