Emin Ağalarovdan 1 milyonluq yardım - FOTO

Emin Ağalarovdan 1 milyonluq yardım - FOTO
Foto
Şou-biznes 2639

Xalq artisti Emin Ağalarov xeyirxah addımı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sənətçi Kirov şəhərində SMA-dan (sinir-əzələ xəstəliyi) əziyyət çəkən uşağa yardım edib. Bu haqda sənətçi özü məlumat verib.

Xalq artisti müalicəyə ehtiyacı olan körpənin kart hesabına xeyriyyə məqsədilə təşkil edilən konsertindən 1 milyon rubl (23 min AZN) ianə bağışlayıb.

Emin Ağalarov onun tam sağalması üçün hələ 137 milyon rubldan (3 milyon 246 min AZN) çox pula ehtiyac olduğunu bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər