Emin Ağalarov fanatlarını sevindirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Emin Ağalarov pərəstişkarlarına yeni albom təqdim edəcək.
BAKU.WS xəbər verir ki, sənətçi uzun müddətdir “LOVE IS” adlı albom üzərində çalışır.
İfaçı albomunu yaxın zamanlarda təqdim edəcəyini bildirib. Ağalarov bu haqda sosial şəbəkədə məlumat verib.
“Yeni mahnılar təqdim edəcəyik. Bu albomu ən qısa zamanda dinləməyi səbirsizliklə gözləyirəm. İçində romantika, yeni ritmlər və maraqlı qeyri-adi melodiyalar yer alıb. Ümid edirəm bəyənəcəksiniz”, - deyə o bildirib.
Qeyd edək ki, Xalq artistinin “LOVE IS” alobomunun ilk sinqlı “Kruqami” adlı mahnıdır.
Oxşar xəbərlər
Ali məktəbdə dərs deyən müğənni və xanəndələr - SİYAHI
Yəqin ki, çoxunuz gündəlik efirlərdə gördüyünüz əməkdar və xalq artistlərinin pedaqoji fəaliyyətindən xəbərsizsiniz. BAKU.WS bu dəfə ali məktəblərdə dərs deyən...