Əməkdar artistin bloger qızı bu dəfə Romada - FOTO

Əməkdar artistin bloger qızı bu dəfə Romada - FOTO
Foto
Şou-biznes 425

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva yenidən Avropaya istirahətə yollanıb.

BAKU.WS xəbər verir ki, o bu dəfə dincəlmək üçün Avropanın cənub ölkəsi İtaliyanı seçib. Quliyeva səyahətinə ölkənin paytaxtı Romadan başlayıb.

Bloger bu haqda sosial şəbəkədə məlumat verib. Aynişan orada lentə alınan video və fotoları şəxsi instaqram hesabında paylaşıb. O, görüntülərinə bunları da əlavə edib:

"Artıq 4 gündür Romadayam. İtaliya mənim üçün həmişə özəl olub, hər zaman bura gəlməyə can atmışam. Hətta deyirdim ki, insan heç vaxt olmadığı yerə özünü necə aid hiss edə bilər? İlk səyahətim Roma şəhərinə oldu, fikirlərimi sizinlə bölüşmüşəm".

Qeyd edək ki, Quliyeva ötən ay Ərəbistan yarımadasının şərqində yerləşən Birləşmiş Ərəb Əmirliklərinə səyahət edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər