Əməkdar artistdən gözlənilməz etiraf: Onunla bir-birimizi sevmişik - VİDEO

Əməkdar artistdən gözlənilməz etiraf: Onunla bir-birimizi sevmişik - VİDEO
Video
Şou-biznes 2854

Səyyadla illər uzunu bir-birimizi sevmişik. Hətta Səyyadın həyat yoldaşı bizi qısqanmayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli ATV-də yayımlanan “7 canlı” axşam şousunda deyib.

Əməkdar artist daha sonra çıxışını yumuşaldaraq, fikirlərini bu cür davam etdirib:

“Biz bir-birimizi bacı-qardaş kimi sevmişik”.

Proqramın aparıcısı Vüsalə Əlizadə Mətanətin sözlərinə başını yelləyərək “Burasından xoşum gəlmədi” cavabını verərək, qarşı tərəfi həm pərt edib, həm də utandırıb. Əməkdar artist isə cavab olaraq “Sizə sevgi, eşq, məhəbbət lazımdır?” deyərək fikirlərini tamamlayıb.

Etiraflarla dolu ikilinin dialoqunda müğənni Səyyad Əlizadə iştirak etsə də, məsələyə şərh verməkdən boyun qaçırıb. Bir sözlə, sənətçi susmaq qızıldır prinsipinə əməl edərək, kəlmə belə kəsməyib.

Son xəbərlər