Əməkdar artist: "Oğlumu basdıranda şükür etdim" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Kəmalə Müzəffər illər əvvəl itirdiyi övladından söz açıb.
BAKU.WS xəbər verir ki, tanınmış aktrisa ATV-nin "Bizimləsən" proqramında oğlunun başında şişlə doğulduğunu söyləyib:"Dörd övladım olub. Üçüncü övladım hidrosefaliyadan dünyasını dəyişib. 4 aylıq idi, qucağımda can verdi. O zaman bu xəstəliyin müalicəsi yox idi. Mən onu basdıranda şükür edirdim. Təsəvvür edin, balası ölən ana şükür edirdi... Çünki yaşasaydı, çox əziyyət çəkəcəkdi", - deyərək aktrisa göz yaşlarına boğulub.
Kəmalə xanımın söylədikləri hər kəsi təsirləndirib.
Oxşar xəbərlər
Bakıda dəhşət: Kişi sevgilisini öldürüb intihara cəhd etdi - VİDEO
2019-cu il iyunun 7-si saat 12 radələrində 8-ci polis bölməsinin əməkdaşları Səbail rayonu Arif İsmayılov küçəsi, 22 ünvanında üzərində zorakılıq əlamətləri ola...