Əməkdar artist Navaidən danışdı: "Xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun!" - VİDEO

Əməkdar artist Navaidən danışdı: Xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun! - VİDEO
Video
Şou-biznes 2072

Əməkdar artist Xəyyam Nisanov azərbaycanlı repçi Navainin (Nəvai Bəkirov) ölkəmiz haqqında səsləndirdiyi nalayiq sözə reaksiya verib.

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında sözügedən videonu yayımlayaraq bunları yazıb:

"Bu artıq mənim əsəblərimdən üstün oldu, ona görə də yazmağa vadar etdi! Ay vətən xaini! Bizim analarımız, bacılarımız, xanımlarımız yaşayan ölkəni "fahişəxana" adlandırıb, bunu bütün dünyaya video paylaşıb, sonra üzr istəmək? Bu bəs edir ki? Xeyr! Etmir! Bunu ilk öncə bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirem. Sənin kimi xainlər buna görə cavab verməlidirlər! Ona görə də dövlət başçımızdan rica edirəm ki, bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun! Əminəm ki, bütün xalqımız bu fikrə dəstək olacaq!

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navai (Nəvai Bəkirov) artıq sosial şəbəkələrdə yayılmış videosuna görə üzr istəyib. Bu haqda o, instaqram hesabında paylaşım edib. Buna qədər videosu yayılan Navai sosial şəbəkədə yüz minlərlə insanın qınağı ilə qarşılaşıb. O, əvvəlcə görüntülərin montaj olduğunu bildirsə də, sonradan video müraciət yaymaq məcburiyyətində qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər