Əməkdar artist: "Mənim yaşadıqlarıma heç kim dözə bilməz" - VİDEO

Əməkdar artist: Mənim yaşadıqlarıma heç kim dözə bilməz - VİDEO
Video
Şou-biznes 524

Əməkdar artist Nahidə Orucova 23 il əvvəl öldürülən qardaşının oğlunu axtarır.

BAKU.WS xəbər verir ki, itkinini "Səni axtarıram" vasitəsilə axtaran aktrisa tənqidlərə tuş gəlib. Tamaşaçılar sosial şəbəkələrdə yazaraq onu 23 ildən sonra axtarmaqda qınayıblar.

"23 ildən sonra üzə çıxan bibinin görüşünə gəlməzlər" və bu kimi şərhlərə cavab vermək məcburiyyətində qalan Nahidə Orucova göz yaşları ilə bu sözləri deyib:

"Çox adam qınaya bilər, amma o həyatı heç kim yaşaya bilməz. Mənim yaşadıqlarıma heç kim dözə bilməz".

Nahidə xanım deyir ki, qardaşı qətlə yetiriləndən sonra gəlinləri onlarla əlaqəni kəsib və sonra uşağı onlara göstərməyib. Uşağın 2 yaşı olanda yaşadıqları evi dəyişib və əlaqəni tam kəsib. Nahidə xanım və bacısı axtarsalar da, onları tapa bilməyiblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər