Əməkdar artist: "Həyat yoldaşım məndən 1 saat qabaq ölsün" - VİDEO

Əməkdar artist Yusif Mustafayev qeyri-adi açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, aparıcı Nanə Ağamalıyevanın "Günün sədası" proqramına qonaq olan sənətçi evliliyindən və həyat yoldaşından danışıb. Əməkdar artist həyat yoldaşını çox sevdiyini və onunla heç vaxt ayrılmaq istəmədiyini bildirib:
“Evlənəndə 23 yaşım var idi. Lakin həyat yoldaşımın bir yaşı çatmırdı. Mən də toya hazırlaşmışam, bütün hazırlıqlar görülmüşdü. Sonra dedilər ki, həyat yoldaşının bir yaşı çatmır, buna görə səni tutacaqlar. Həmin vaxt biri elə toy etmişdi. Onun həbs etmişdilər.
Bir il sonra gəlin gətirdim. Allahdan ölüm istəmişəm, yoldaşım məndən bir saat qabaq ölsün. Mən rahat olum. Allah məni ondan ayırmasın”.
Qeyd edək ki, Əməkdar artistin 3 övladı var. Sənətçi müğənni Elçin Hüseynovun bacısı ilə evlidir.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...
