Əməkdar artist dünyanın prestijli jurnallarından birinə müsahibə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Dilarə Əliyeva İsveçin "Harpers Bazaar" jurnalına müsahibə verib.
BAKU.WS xəbər verir ki, aktrisa prestijli jurnala həm də pozalar verərək müxtəlif şəkillər çəkdirib.
"Görüşümüz Norveçdə baş tutdu, gizli saxladım ki, sürpriz olsun", - deyə, Dilarə sosial media hesabında yazıb. Dərginin üz qabığında yer alan aktrisanın müsahibəsi "Azərbaycanın Əməkdar artisti emosiyanı sənətə necə çevirir" -deyə aktrisa bildirib.
Dilara Əliyeva müsahibədə sənət yolundan, komediya və dramın fərqlərindən, həmçinin süni intellektin incəsənətə təsirindən danışıb.
O bildirib ki, komediya "insanın dərdini gülərək danışmaq sənətidir" və bunun üçün müşahidə, dəqiqlik və zəkaya ehtiyac var. Stend-ap layihəsi "Mintonasiya" barədə danışan aktrisa bu janrın ona tam azadlıq verdiyini qeyd edib.
Kamera qarşısına keçən sənətçi fərqli görüntüsü ilə də diqqət çəkib.
Aktrisa ilə müsahibə Norveçdə baş tutub.
Oxşar xəbərlər
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
Müğənni Özcan Denizin həyat yoldaşı Samar Dadqar bacısı oğlunun dəfninə qatıla bilməyib. BAKU.WS xəbər verir ki, o bu barədə qatıldığı "Son Yemek" filminin qal...