Əməkdar artist: "Bir ay toya getməsən, acından ölənin birisən!"
Yeniliklərdən dərhal xəbərdar olun
Gənc ifaçılar incəsənəti lap qara günə qoyublar. Böyük-kiçik bilmirlər. Ağzılarına gələni danışırlar. Nə sözün varsa, keç kənarda danış. Özünü bir az ələ al. Sonra öz eybini onsuz da anlayacaq".
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Günə uğurla" verilişində deyib.
O, bu yaxınlarda verilişlərin birində yaşanan qalmaqala görə xəcalət çəkdiyini bildirib:
"Srağagün bir verilişə baxdım, xəcalət çəkdim. O yerə çatdırmayın. Bizə xalq baxır, onlardan çörək yeyirik. Allaha and olsun, səni bir ay toya aparmasalar, acından ölənin birisən! Niyə fironluq edirsən axı?".
Qeyd edək ki, bir neçə gün əvvəl "Tarixin bir günü" verilişində xoşagəlməz hadisə yaşanmışdı.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...