Elza Seyidcahan İlhamə Quliyevaya həsr etdiyi şeir aparıcını dəhşətə gətirdi - VİDEO
25
may
2018
16:31
Əməkdar artist Elza Seyidcahan mərhum xalq artisti İlhamə Quliyevaya şeir həsr edib.BAKU.WS-in məlumatına görə, bəstəkar-müğənninin kitabına saldığı şeiri Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Zarafat-zarafat” verilişində səsləndirib.Elza şeiri oxumazdan əvvəl belə deyib: "Mən "Quru böhtan" adlandırdığım bu şeiri İlhamə xanıma yazmışam". Elza Seyidcahan "Gələcək o gün ki, pis öləcək" misrasının yer aldığı şeiri düşmən münasibətlərində olduğu mərhum sənətkara hələ sağlığında həsr edib. İfaçı şeiri səsləndirərkən Mətanət Əliverdiyeva və verilişin qonağı aktyor Əkbər Əlizadə eşitdiklərindən dəhşətə gəliblər. Şeirə necə reaksiya verəcəklərini bilməsələr də, təəccüblərini gizlətməyiblər.Qocanın xatirə silsiləsinin Baş qəhrəmanı mən deyiləm.İstəmərəm, mən istəmərəm.Pis qoca xatirəsində öləm... Qocalar keçmiş xəyallarında,Gənclər gələcək arzularında yaşayarlar.Gələcək gələcək, o gözəl gələcək.Gələcək o gün ki, o itəcək.Gələcək gələcək, o özəl gələcək.Gələcək o gün ki, pis öləcək.İtəcək bu gün ki, sən siləcəksən.Etdiyin səhvləri tam görəcəksən.O böhtançının dərmanı yoxdurBöhtana məhəlsə qoyan yoxdur.Böhtanı satan, sürünən çoxdur.Dərmanı yoxdur, yoxdur.Gələcək çoxdur, çoxdur.Gələcək o özəl gələcək.Gələcək o gün ki, pis öləcək.Böhtana məhəl qoymaram,Mən ona lap od qoyaram.Böhtançı qorxağın intiqamıBöhtanın yox qılınc-qalxanıAydan arı, sudan quru insanlaraQuru böhtan atanlarQuru, quru...Quruyasan insanlara böhtan satanQuru, quru, quru böhtanQuruyasan quru böhtan.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Elzadan yeni şeir: "Neçə gündür acam, ac, ac, ac, auuuuuuu" (VİDEO)
Son vaxtlar mahnılarından çox şeirləri ilə gündəmə gələn bəstəkar-müğənni Elza Seyidcahan yeni şeir səsləndirib. BAKU.WS-in məlumatına görə, “ATV səhər” veriliş...