Elariz Elza Seyidcahana şeir yazdı: "Bəlkə basasan tormoza?"
Tanınmış ifaçı Elariz Məmmədoğlu həmkarı, Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahana şeir həsr edib.
BAKU.WS xəbər verir ki, özünəməxsus şeirləri ilə pərəstişkarlarını təəccübləndirməyi sevən Elzanı bu dəfə yaxın dostu və həmkarı vəsf edib.
E.Məmmədoğlu dostuna həsr etdiyi şeiri sosial şəbəkədə paylaşıb.
Publika.az həmin şeiri sizə təqdim edir.
Gözəllər gözəli Elza
Sənə həsrət qalıb şəhri-penza,
Oxusam sənə helelyoza
Sözlərini yoza-yoza,
Vərəqləri yaza-yaza,
Qəbirləri qaza-qaza,
Su çiləyin torpağa toza.
Həsrət qalmışıq qoza,
Bu nə əda, bu nə poza?
Güllər içində roza
Təbii gözəl Elza.
Bəsdir özün qoydun naza,
Bəlkə basasan tormoza?
Vitamin ye, qlyukoza,
Canına bax, ay Elza
Gecələr yat, ay Elza
Sabahlar qalx, ay Elza
Şeirlər qoş tara, saza
Qoyma qalsın ayaza
Sətirlərin köhnə, taza
Fikir vermə bahar-yaza,
Gəl baş vuraq kür-araza
Göz vurarıq ördək-qaza,
Oturmarıq naza, kamaza,
Bir baxsana, mən tək baza
Şair odur yaza-poza,
Hərdən qulaq asa caza,
Özünə bax, ay Elza,
Sözünə bax, ay Elza,
Gözünə bax, ay Elza,
Üzümə bax, ay Elza.
Sən canımızsan, Elza
Başa bəlasan, Elza.
BAKU.WS
Oxşar xəbərlər
Elza Seyidcahandan yeni şeir: “İstəyirsən gəl siniyə” - VİDEO
Əməkdar artist Elza Seyidcahan yeni "Sizlərdənəm, çaşmayın” adlı şeir yazıb. BAKU.WS-in məlumatına görə, APA TV-də aparıcı Yalçın Uğurun təqdimatında yayımlana...