Elza adından qaz və işığın qiymətinin qalxması haqqında yalan şeir yazanı məhkəməyə verdi
Əməkdar artist Elza Seyidcahan məhkəməyə müraciət edib.
BAKU.WS xəbər verir ki, bəstəkar-müğənni adından qazın, işığın qiymətinin qalxmasından bəhs edən şeir yazılıb, sosial şəbəkədə paylaşılmasına etiraz olaraq bu addımı atıb.
"Mənə məxsus olmayan, səviyyəsiz sözlər yazan cinayətkar, təxribatçı məhkəmə qarşısında cavab verəcək. Kim bu cür paylaşımlar edibsə, hamısı sübut kimi toplanılıb. İnsan gərək o qədər azğınlaşsın ki, başqasının adından böhtan dolu şeirlər yazsın. Elza Seyidcahanın təmiz adına ləkə gətirmək istəyirlər. Nəyə görə? Çünki paxıllıq, əclaflıq sənə rahatlıq vermir. Niyə? Hüquq mühafizə orqanları səni yerində oturdar, eybi yoxdur. Onsuz da məni tanıyanlar bilir ki, sənin boşboğazlığın Elza Seyidcahanın dəsti-xətti deyil” , deyə, E.Seyidcahan "İnstagram” bloqunda yazıb.
Xatırladaq ki, ötən gün Tarif Şurasının sonuncu iclasından sonra qaz və elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı mətbuatda yer alan xəbərlərin ardından sosal şəbəkələrdə E.Seyidcahanın adından etiraz əlaməti olaraq şeir yazılıb.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Əli Mirəliyev: “Elza, çaşmısan, nə gicləyirsən?”
Müğənni Əli Mirliyev əməkdar artist Elza Seyidcahanın Azərbaycan himnini təhrif etməsinə biganə qala bilməyib. Hər zaman öz emosionallığı və çılğınlığı ilə seç...