Elnarə Xəlilova həyat yoldaşı ilə belə tanış olub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Elnarə Xəlilova şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, "Səhər mərkəzi" proqramına dəvət olunan ifaçı həyat yoldaşı Rövşən Cahangirovla tanışlığından danışıb. Elnarə əri ilə hərbi hissələrdən birində olarkən tanış olduğunu bildirib:
"2004-cü ildən mənim hərbi hissələrə konsert səfərlərim başladı. Ağdam, Füzuli və digər cəbhəyanı rayonlarda musiqili proqramlarım oldu. Biz Rövşənlə Zaqatalada hərbi hissədə qarşılaşdıq və orada tanış olduq. O, veriliş çəkirdi, mən də adəti üzrə konsertə görə orada idim".
Qeyd edək ki, Elnarə Xəlilova telejurnalist Rövşən Cahangirovla ailəlidir. Cütlüyün dörd övladı var.
Oxşar xəbərlər
Elnarə Xəlilovanın həyat yoldaşı təltif edildi - FOTO
Müğənni Elnarə Xəlilovanın həyat yoldaşı Rövşən Cahangirov təltif edilib. BAKU.WS xəbər verir ki, sənətçinin əri 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalına la...