Elçin Laçında klip çəkdi, birlik mesajı verdi - VİDEO

Hər kəsin istirahət etdiyi yay mövsümündə dayanmadan yeniliklər üzərində çalışan Elçin Cəfərov bir ay ərzində ikinci mahnısını və ona çəkilən klipini izləyicilərə təqdim dib.
BAKU.WS xəbər verir ki, mahnı "Bizə hər şey yaraşır" adlanır.
Sözləri Rafael Şabanova, musiqisi isə Tərlan Məmmədhüseynova məxsus olan pozitiv bəstə yalnız musiqi baxımından deyil, həm də vətənpərvərlik ruhlu məzmunu ilə seçilir.
Rejissor Fərman Bəşirlinin Laçında lentə aldığı klipin çəkiliş məkanı təsadüfi seçilməyib. Vətən müharibəsində qazanılan tarixi qələbə nəticəsində azad olunan Laçın, bu gün yeni həyatına qovuşur, dirçəliş dövrünü yaşayır.
Klipdə Laçının əsrarəngiz təbiəti, tarixi torpaqlarımızda yenidən canlanan həyat ön plana çəkilib. Bununla da həm mahnıda, həm də klipdə xalqın birliyi, vətənə bağlılığı və milli qürur hissi coşqu ilə təsvir edilib.
Qarabağ torpağının gözəlliklərini əks etdirən mahnı və klip ilə Elçin repertuarına rəng qatmaqla yanaşı, həm də güclü, mənəvi mesaj ötürür: - bu torpaqlarda bizə hər şey yaraşır - sevgi də, zəfər də, qürur da.
Onu da qeyd edək ki, mahnının bu gün təqdim edilməsi də təsadüfi deyil. Elçin Cəfərov "Bizə hər şey yaraşır" adlı yeni mahnısını "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına həsr edib.
Oxşar xəbərlər
Namiq Qaraçuxurlu Rusiyaya buraxılmadı
Meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb. BAKU.WS Olay.az-a istinadən xəbər verir ki, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetye...
