"Elə bildim ki, maşınım uçacaq" - Nanə havadan danışdı (VİDEO)
17
yan
2019
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt Bakıda hava şəraitinin kəskin pisləşməsi ilə bağlı aparıcı Nanə Ağamalıyeva da danışıb. BAKU.WS-in məlumatına görə, aparıcı bu gün canlı efirə başlayar-başlamaz bunları deyib: "Bizi ekran qarşısından izləyən izləyicilərə söyləmək istəyirəm ki, yuxudan oyananda elə bildim ki, "budilnik"i səhv qurmuşam, hava hələ açılmayıb, hava tutqundur. Bir onu deyim ki, hələ də yorğandan çıxmamısınızsa, hava tutqundur, amma artıq gün başlayıb". N. Ağamalıyeva ötən gün hava ilə bağlı edilən müxtəlif xəbərdarlıqları belə şərh edib: "Ötən gün "Instagram"da baxıram ki, çovğun, külək olacaq, ay belə... Küləklər şəhəri doğma Bakımızda küləklər görə-görə böyümüşük. O qədər xəbər oxudum ki, elə bildim ki, evdən çıxanda ya maşınım uçacaq, ya da nəsə olacaq. Hər şey əladır". BAKU.WS
Oxşar xəbərlər
17 yaşında ailəsinə qarşı aclıq aksiyası keçirib: "38 kiloqrama düşdüm"
Məşhur aktrisa Demet Evqar gənclik illəri ilə bağlı etiraf edib. BAKU.WS xəbər verir ki, aktrisa qatıldığı televiziya proqramında konservatoriyaya girə bilmək...