Düzgün universiteti necə seçmək lazımdır?
07
fev
2018
15:32
Övladının təhsili hər bir valideyni narahat edən bir nömrəli məsələdir. Gənc nəslin ali təhsil üçün hansı universitetə müraciət edəcəyindən onun nə dərəcədə yaxşı təhsil alacağı, gələcək karyerası və həyatda müvəffəqiyyəti bilavasitə asılıdır. Odur ki, valideynlər bu həlledici məqamda olduqca diqqətli və məsuliyyətli olmalıdırlar. Bu günki gün xarici ölkədə layiqli təhsil almaq çətin deyil. Əsas olan, həqiqətən də hər bir universitetin mənfiləri və müsbətlərini nəzərə alaraq, tələbənin arzularına uyğun təhsil ocağını seçməkdir. Xaricdə təhsil barədə danışarkən, ilk növbədə ağla gələn Böyük Britaniya, Amerika, Hollandiya ali təhsil müəssisələri olur. Adı çəkilən ölkələrdə təhsilin yeksək standartlarını və məzunlar üçün yaranan böyük fürsətləri nəzərə olsaq, tələbələrin seçimi heyrət yaratmır. Nahaq yerə deyil ki, dünya reytinqlərində ilk pillələr məhz Amerika, Britaniya və Hollandiya universitetlərinə məxsusdur.Buna baxmayaraq, təkcə reytinqə əsaslanaraq universitet seçmək olduqca yanlış fikirdir. Əsas olan – sevdiyiniz ixtisası yaxşı tədris edən təhsil ocağını seçməkdir. Nüfuzlu universitetdə sevmədiyiniz ixtisasa yiyələnmək sizə uğur gətirə bilməz.İkinci diqqət yetirilməli məsələ - universitetin hansı şəhərdə yerləşməsidir. Çoxları iri şəhərlərdə yerləşən universitetlərdə təhsil almağa üstünlük versələr də, bəzi tələbələr, xüsusilə də valideynlər sakit, ayrıca tələbə şəhərciyi, hər bir şeylə təmin olunmuş kampusu olan təhsil ocaqlarını seçirlər. Qapalı kampuslar istər təhlükəsizlik, istərsə də təchizat baxımından daha əlverişlidirlər.Nəhayət, üçüncü vacib ünsür – işlə təmin olunmadır. Hər bir tələbənin əsas məqsədi ali təhsilini bitirən kimi ixtisası üzrə işlə təmin olunmaqdır. Bu cəhətdən xarici universitetlər beynəlxalq tələbələr üçün maraqlı imkanlar yaradırlar. İlk növbədə, hər bir nüfuzlu universitetin karyera mərkəzi mövcuddur. Universitetə qəbul olmuş tələbələr dərhal bu mərkəzdə qeydiyyatdan keçərək, iş axtarışına başlaya bilərlər. İkincisi, hələ məzuniyyətdən əvvəl tanınmış şirkətlər belə universitetlərin tələbələri sırasına nəzər yetirərək, özlərinə istedadlı, kreativ düşüncəli, aktiv işçilər axtarırlar. Odur ki, belə şansları dəyərləndirmək üçün mütləq xarici universitetin karyera mərkəzindən istifadə etməlisiniz.Dünyanın tanınmış universitetlərinin nümayəndələri ilə artıq bu həftə - fevralın 10-da JW Absheron Marriott otelində keçiriləcək təhsil sərgisində görüşüb, ünsiyyətdə ola bilərsiniz. http://azeristudent.az/events/xaricde-tehsil-sergisi-fevral-2018/register linkinə keçərək, qeydiyyat formunu doldurun və təhsil sərgisinə dəvətnamə əldə edin.
Oxşar xəbərlər
Sabahdan tələbələrin köçürülməsinə başlanılır
Sabahdan, fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, e...