Düşmənin ürəyinə qorxu salan qazimiz - VİDEO

Düşmənin ürəyinə qorxu salan qazimiz - VİDEO
Video
Şou-biznes 167

Əslən Şirvan şəhərindən olan Qənbər Salayevin döyüş yolu hələ 2016-ci ildən, Aprel döyüşlərindən başlayıb.

BAKU.WS-in məlumatına görə, BAKU.TV-yə döyüş təəssüratlarını danışan qəhrəman qazi bildirib ki, Birinci Qarabağ müharibəsində 11 min şəhid verən Azərbaycan İkinci Qarabağ müharibəsində 2783 şəhid verərək bütün Qarabağı işğaldan azad etdi.

Qənbər Salayev - Qazi: “Bizim bir gözümüz sevinsə də, bir gözümüz ağlayır şəhidlərimizə görə”.

Bir çox uğurlu əməliyyatlarda iştirak edən qazimiz Zəngilan və Xocavənd istiqamətində yüksəkliklər və postların azad edilməsi uğrunda aparılan döyüşlərdə iştirak edib.

Zəngilan istiqamətində daha bir döyüş əməliyyatı yerinə yetirən zaman qazimizin və əsgər yoldaşlarının yaxınlığına düşmən mərmisi düşüb və nəticədə Qənbər Salayev iki ayağından və onurğasından qəlpə yarası alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər