Dünyanın ən bahalı toyu (FOTO)

Çində baş tutan dəbdəbəli toy görənləri heyrətə gətirib.
BAKU.WS-in məlumatına görə, Çin Xalq Respublikasının xüsusi statusu olan bölgəsi olan Honkonqda bir televiziyada işləyən Bob Lam adlı jurnalist bu toy mərasiminin görüntülərini ortaya çıxarıb.
Mərasimdə iştirak edən jurnalist qarşılaşdıqlarına inana bilməyib. Lam gördüyü hər şeyi çəkərək sosial şəbəkə vasitəsi ilə insanlarla bölüşüb. Fotolarda gəlinə hədiyyə olunan bahalı daş-qaşlar, qızıllar əks olunub. Bu hədiyyələrin dəyəri milyonlarla ölçülür. Gəlinə hədiyyə olunan qızıllar yer olmadığı üçün masalardan birinin üzərinə yığılıb.
Toy üçün çəkilən xərclərin və hədiyyələrin dəyəri tam olaraq bilinmir. Əldə edilən məlumata görə, bu zənginliyin qaynağı bəyin ailəsidir. Toya gələn qonaqların avtomobilləri də görənləri heyran edir.
Çində sosial şəbəkələr bu toy xəbəriylə çalxalanır.
BAKU.WS












Oxşar xəbərlər
Bu xoruz internetdə rekord qırır (VİDEO)
Qeyri-adi xoruz sosial şəbəkələrdə qısa müddətə fenomen olub. BAKU.WS məlumat verir ki, digər xoruzlardan fərqli olaraq bu xoruz yerişi ilə hər kəsi təəcüblənd...
