Dünyanın 20 ən parlaq ideyasından biri Azərbaycan startapı seçildi
"CNBC” dünyanın 20 ən parlaq ideyaya malik startapını təqdim edib. Bu startaplar arasında Azərbaycanın "BethClip” layihəsi də yer alıb. BAKU.WS-in Rabitə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "BethClip” qlobal məkanda rəqabətli və perspektivli startapları müəyyənləşdirmək məqsədilə təşkil edilən "Startup Open” yarışının əsas iştirakçılarından biridir. Bu layihə GEW 50-də - "Startup Open” yarışında 800 layihədən finala qalmış 50 layihədən biri olub. Finalçılar 2016-cı ilin martında Kolumbiyanın Medellin şəhərində keçiriləcək Qlobal Sahibkarlıq Konqresində yarışacaqlar. Qeyd edək ki, "BethClip” "QUTechnopark”-ın təşkil etdiyi "Yeni Fikir-2014”-ün qalibi olub. Həmçinin "ITU Telecom World”-də ən yaxşı KOS (Kiçik və Orta sahibkar) mükafatına layiq görülüb. "BethClip” komandası artıq yanvar ayından satışlara başlamağı da planlaşdırır. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı milyarderlər nəhəng layihədən imtina etdi
Azərbaycanlı milyarderlər Rusiyada okeanarium inşasından imtina ediblər. BAKU.WS-in məlumatına görə, Moskvanın "Optima" şirkətinin rəhbərləri God Nisanov və Za...