Dostu məşhur aktyorun xeyli miqdarda pulunu mənimsədi
Yeniliklərdən dərhal xəbərdar olun
Dostu məşhur aktyor Onur Buldunun xeyli miqdarda pulunu mənimsəyib.
BAKU.WS xəbər verir ki, o qonaq olduğu verilişdə yaxın dostu tərəfindən aldadıldığını etiraf edib.
Aktyor bildirib ki, mənzil almaq üçün hissə-hissə ödədiyi pulların əslində müvafiq tikinti şirkətinə çatmadığını sonradan öyrənib.
Onun sözlərinə görə, bütün ödənişləri etibar etdiyi yaxın dostuna göndərib:
"İşlədikcə ödəyəcəyəm deyib pulu dostuma göndərirdim. Məlum oldu ki, o, həmin pulları mənimsəyirmiş"
Onun dediyinə görə, həqiqət yalnız çıxarış (mülkiyyət sənədi) mərhələsində üzə çıxıb.
Müəssisə rəhbəri ilə birbaşa görüş zamanı isə şok reallıq ortaya çıxıb:
"Mənə dedi ki, "Sən çox saf adamsan, heç ödəniş etməmisən" Mən isə bütün pulları verdiyimi söylədim. Amma məlum oldu ki, heç bir vəsait şirkətə çatmayıb" -deyə aktyor bildirib.
Aktyor bu hadisənin onun üçün böyük dərs olduğunu da vurğulayıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...