Donald MakDonald 86 yaşında vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyalı tanınmış aktyor və televiziya aparıcısı Donald MakDonald 86 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, məlumatı News.com yayıb. Bildirilib ki, aktyor son günlərini xəstəxanada keçirib.
Onun vəfatı həmkarları tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, Donald MakDonald Sidney şəhərində anadan olub. O, ölkə televiziyası tarixində "Play School" proqramının ilk aparıcılarından biri kimi tanınıb.
MakDonald 1950-ci illərin ortalarından etibarən filmlərdə çəkilib. Onun iştirak etdiyi layihələr arasında "Skippi", "Kəşfiyyatçılar", "Qutu", "Arzular Vadisi", "Primitiv tərəf", "Yazı-tura", "Supermenin qayıdışı" və "Rake" kimi məşhur ekran işləri var.
Onun müəllifi olduğu pyeslər London teatr səhnəsində də nümayiş etdirilib.
Oxşar xəbərlər
İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan: "Unudulması çətin qadındır"
Məşhur müğənni Sinan Akçıl şəxsi həyatı ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, sənətçi açıqlaması zamanı keçmiş həyat yoldaşı, aktrisa Burcu Kıratlıdan dan...