"Dolana bilmirəm!" deyən milyarder ABŞ-dən 4000 mənzil aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli milyarder və iş adamı Ali Sabancıdan xəbər var.
BAKU.WS xəbər verir ki, o bu dəfə ABŞ-dən 4000 mənzil alaraq kirayəyə verib.
Bu barədə Sabancı özü məlumat yayıb.
O "Amerikada binalardan ibarət kompleksi satın alıb kirayə veririk. Təxminən 4000 mənzilimiz var" - deyə qeyd edib.
Bir neçə gün əvvəl Ali Sabancı verilişdə qonaq olarkən "Dolana bilmirəm!. İstədiyimlə müqayisədə dolana bilmirəm" sözlərini söyləyib.
Bu çıxışından sonra Sabancının ABŞ-dən yaşayış kompleksi alması müzakirələr yaradıb.
Xatırladaq ki, onun hazırda 900 milyon dollardan çox sərvəti olduğu bildirilir. "Forbes" jurnalının məlumatlarına görə, Ali Sabancı Türkiyədə ən varlı 34-cü adamdır.
Oxşar xəbərlər
Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar
Xalq artisti Röya Ayxanın adından Niderlandın paytaxtı Amsterdamda saxta konsert afişaları hazırlanaraq sosial şəbəkələrdə yayımlanıb. BAKU.WS xəbər verir ki, a...