Diyetoloqlar uzunömürlülüyün sirrini açıqlayıblar

Diyetoloqlar uzunömürlülüyün sirrini açıqlayıblar
Şou-biznes 379

“Uzunömürlülüyün sirri düzgün və balanslaşdırılmış pəhrizdədir”.

BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, bunu Rusiyanın Murmansk vilayətinin diyetoloqları bildiriblər.

Onların fikrincə, az, lakin tez-tez yemək daha yaxşıdır.

“Pəhrizinizə göyərti, giləmeyvə, ət, balıq, qoz-fındıq, yumurta və süd məhsulları daxil edin. Yeməyi qaynatmaq və bişirməklə hazırlamağa çalışın. Gün ərzində dörd-beş dəfə, kiçik porsiyalarla qidalanmaq lazımdır”, - mütəxəssislər izah ediblər.

Onlar şəkərdən, konservləşdirilmiş və ya qızardılmış qidalardan, hisə verilmiş ətlərdən, yağlı ətlərdən, xəmir məhsulları və turşulardan imtina etməyi tövsiyə ediblər. Məsələ burasındadır ki, bu məhsullar tərkibində çox miqdarda duz, şəkər, sürətli karbohidratlar və trans yağlar olduğu üçün orqanizmə çox zərərlidir.

Həkimlər əlavə ediblər ki, kələm, çuğundur, pomidor, portağal, naringi və alma da uzunömürlülük şansını artırır. Pomidorda olan likopen xərçəng riskini azaldır, kələm və almada olan pektin isə sərbəst radikalları aradan qaldıraraq erkən yaşlanmanın qarşısını alır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Konservləşdirilmiş məhsullar ziyanlıdır?

Konservləşdirilmiş məhsullar ziyanlıdır?

Konservləşdirilmiş məhsullar qida rasionumuzun ayrılmaz tərkib hissədir. Lakin bu məhsullardan istifadə zamanı zəhərlənmə və ölüm hallarına da rast gəlirik. Kon...

5 Şou-biznes 20:41 20 yanvar 2024

Son xəbərlər