Diqqət! Bu çayı içmək kişilərə qadağandır

Diqqət! Bu çayı içmək kişilərə qadağandır
Şou-biznes 8226

Nanəli çay – xoş ətirli, zərif və əlbəttə ki, sərinləşdirici xüsusiyyətə malikdir.

BAKU.WS xəbər verir ki, bu çay susuzluğu aradan qaldırmaqla yanaşı, həm də yorğunluğu və gərginliyi götürür. İnsana güc-qüvvə verir, həzm prosesini yaxşılaşdırır.

Nanəli çayın müalicəvi xüsusiyyətləri

Nanə müalicəvi xarakterli bitkidir. Bu bitki susuzluğu aradan qaldırır, gərginliyi götürür və itirilmiş enerjini, gücü bərpa edir. Gərgin iş günündən sonra bir fincan nanə çayı içəndən sonra bütün yorğunluq aradan qalxır.  

Nanəli çayın faydaları

Nanəli çay soyuqdəymə zamanı əvəzsiz müalicəvi xarakterə malikdir. Tənəffüsdə yaranan problemləri aradan qaldırır, miqrenə müsbət təsir göstərir.Nanəli çay həmçinin ürək-damar xəstəliklərinə qarşı da faydalıdır. Bu çay qan təzyiqini tənzimləyir, ürəyin işinə müsbət təsir göstərir.

Onu da deyək ki, nanəli çay qadınların sevimli çayı hesab edilir. Bu çay sayəsində qadınlar bədənlərində arzuolunmayan tüklərdən az da olsa qurtulmuş olurlar. Bu çay həmçinin qadın problemlərində də faydalıdır. Nanə ağrını aradan qaldırır, menstural tskili tənzimləyir. Klimaks dövründə ümumi vəziyyəti normallaşdırır.

Nanəli çayın ziyanı 

Kişilərə nanəli çayı içmək məsləhət görülmür. Belə ki, bu çay qanda testesteronun miqdarını aşağı salır. Onu da bildirək ki, testosteron hormonu spermatozoidlərin hazırlanmasında iştirak edir, kişilərdə potensiyanı stimullaşdırır. Nanəli çay içən zaman kişini sakitləşdirir, seksual aktivliyini azaldır.

Nanəli çayı həmçinin hamiləlik dövründə içmək olmaz. Belə ki, nanəli çay dölün inkişafına mənfi təsir görstərə bilər - xüsusilə bu oğlan uşağıdırsa.

Bir sözlə, nanə çayının faydaları çoxdur. Bu bitkini tək, həmçinin qara və ya yaşıl çayla birgə, hətta digər birkilərlə də dəmləmək olar.  

Aysel Şirinzadə

BAKU.WS

Oxşar xəbərlər

Faiq Ağayevin səhhətində problem

Faiq Ağayevin səhhətində problem

Xalq artisti Faiq Ağayevin səhhətindəki problemi səs tellərinə təsir göstərib. Bu səbəbdən müğənni həkim nəzarətindədir. BAKU.WS gecce.az-a istinadən xəbər ver...

1457 Şou-biznes 10:56 15 noyabr 2015

Son xəbərlər