Diddi aylar sonra görüntüləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur reper və prodüser Şon Kombs (P. Diddi) yeni islah müəssisəsinə köçürülüb.
BAKU.Ws Axşam.az-a istinadən xəbər verir ki, o, Nyu-Yorkdakı istintaq təcridxanasında bıçaqlı hücuma məruz qaldıqdan sonra Nyu-Cersi ştatındakı federal həbsxanaya köçürülüb və narkotik müalicəsi proqramına yazılıb.
Diddi hazırda olduğu həbsxana ərazisində gəzərkən görüntülənib. Aylardır ilk dəfə olaraq paparassilər reperin şəklini çəkməyi bacarıblar. TMZ tərəfindən dərc edilən bu foto, Şon Kombsun bu ilin sentyabr ayında həbsxanaya aparıldıqdan bəri ilk və yeganə fotosudur.
Reper tanınmaz dərəcədə dəyişib. Yanaq sümükləri çöküb və saqqalı ağarıb.
Xatırladaq ki, bu yaxınlarda məhkum edilmiş P. Diddi daha rahat federal həbsxanaya köçürülüb. Bu, əvvəlki həbsxanasında onu öldürməyə cəhd edildikdən dərhal sonra baş verib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...