Demet Akbağ: "Ata Demirerlə oynamaq İkardi ilə oynamaq kimidir" - FOTO

Demet Akbağ: Ata Demirerlə oynamaq İkardi ilə oynamaq kimidir - FOTO
Foto
Şou-biznes 2

Türkiyəli məşhur aktrisa Demet Akbağ bir çox layihələrdə birgə rol aldığı Ata Demirerdən danışıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa komediya ustasının onun haqqında dediyi xoş sözlərə diqqətçəkən reaksiya bildirib.

"Qalatasaray" azarkeşi kimi tanınan Demirer "Demet Akbağla oynamaq üçün darıxdınızmı?" sualına "Demet əla aktrisadır. Onunla oynamaq üçün darıxmamaq olar? Haqi ilə oynamaq kimi bir şeydir. Çox dəyərlidir", - cavabını verib.

Sibel Arnanın yutub proqramında qonaq olan Akbağ məşhur komediyaçının ona ünvanladığı təriflərə belə qarşılıq verib:

"Onunla oynamaq İkardi ilə oynamaq kimidir. O, İkardini sevir, bilirəm. Ata Dəmirerlə oynamağın ən yaxşı tərəfi odur ki, işlədiyinizin fərqində belə deyilsiniz. Sanki siz tətildəsiniz və bu arada sizi kamera ilə çəkirlər. Kulis çox keyifli, kamera arxası çox keyifli. Həqiqətən çox gülürük".

Xatırladaq ki, Demet Akbağ və Ata Demirer ilk dəfə 2010-cu ildə çəkilən, 2011 və 2014-cü illərdə davamı olan "Eyvah Eyvah" serialında, həmçinin "Niyazi Gül Dörtnala" (2015) və "Hedefim Sensin" (2018) adlı ekran işlərində birlikdə kamera qarşısına keçiblər.

Son xəbərlər