Ədalət Şükürov: Bir gecənin içində iflas olduq - VİDEO

Ədalət Şükürov: Bir gecənin içində iflas olduq - VİDEO
Video
Şou-biznes 7222

Əməkdar artist Ədalət Şükürov iflas olmasından danışıb. BAKU.WS xəbər verir ki, "5-də 5" verişinin qonağı olan Şükürov ona uğursuzluq gətirən, yada salmaq istəmədiyi illərdən söz açarkən 1998-ci ildə yaşadıqlarından danışıb.

Vaxtilə Rusiyada bizneslə məşğul olan ifaçı ölkədə baş verən devalvasiya nəticəsində bir gecənin içində iflasa uğradığını bildirib:

"O vaxtın nəhəng bir şirkətində işləyirdim. Alüminiumla məşğul idik. Bundan başqa böyük bir nəşriyyatımız vardı. Çox tanınmış bir şirkət idi. Mən Sankt-Peterburq filialına rəhbərlik edirdim. Pulun miqdarı Rusiyada düşdü və biz bir gecənin içində iflas olduq. Elə bil 100 manatın vardı, səhər yuxudan oyananda 1 qəpik oldu".

BAKU.WS

Son xəbərlər