Corab satdığı görüntülərlə gündəmə gələn aktyor işlə təmin edildi
Sosial şəbəkələrdə corab satdığı görüntüləri yayıldıqdan sonra diqqət mərkəzinə düşən aktyor Allahverdi Yolçuyev işlə təmin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə aktyor Baku TV-yə açıqlamasında məlumat verib.
"Mənim corab satmağım barədə yayılan görüntülərdən sonra böyük ajiotaj yarandı. Telefonlarım susmadı. Mədəniyyət nazirimiz Adil müəllimə təşəkkür edirəm. İki dəfə zəng etdi, vəziyyətimi soruşdu. Mən də dedim ki, təqaüdüm dərmanlarıma belə çatmır, vəziyyətim ağırdır. Bundan sonra Musiqili Komediya Teatrına işə bərpa olundum. Artıq aidiyyəti qurumlar mənimlə maraqlanırlar. Corab satmağım isə bir tarix olaraq qaldı" , - deyə aktyor bildirib.
Oxşar xəbərlər
Bəxti gətirən məşhur müğənni və aktyorlar
Dünyada bəzi məşhurlar həm istedadı, həm də doğru zamanda əldə etdikləri imkanlarla karyeralarında böyük uğur qazanıblar. Astroloqlar və mütəxəssislər bu ulduzl...