Cəlilabadda öz baldızını qaçıran şəxsə bəd xəbər: İki bacı ilə evlənmək olmaz

Cəlilabadda öz baldızını qaçıran şəxsə bəd xəbər: İki bacı ilə evlənmək olmaz
Şou-biznes 2760
 

İslam dinində eyni şəxsin iki bacı ilə ailə qurması haramdır. 

Bunu aznews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Sumqayıt şəhər Cümə Məscidinin axundu Rauf Sərdarov deyib. Onun fikrincə, şəriət bir şəxsin həyat yoldaşının bacısıyla evlənməsinə 2 halda icazə verir: "Əgər şəxsin birinci həyat yoldaşı rəhmətə gedərsə, yaxud da ondan boşanarsa, bu halda şəriət yol verir. Əks halda şəriətimizə, müsəlmançılığımıza, Qurani-Kərimə, dinimizə zidd olan işdir. Dinimiz bunu yasaq və haram bilib".

Qeyd edək ki, sentyabrın 23-də Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva böyük bacısının əri ilə qaçıb. 

Qeyd edək ki, sentyabrın 23-də Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva böyük bacısının əri ilə qaçıb. Baldızını qaçıran Mikayıllı kənd sakini Ələmdar Məmmədovun anası isə açıqlamasında "məsləhət olsa, hər iki bacı ilə yaşayar", - deyə şərh verib. Bu isə cəmiyyətdə müzakirələrə səbəb olub.

BAKU.WS

Son xəbərlər