Çinarə Məlikzadə: "Qarşıma elə bir oğlan çıxsın ki, məni oxumağa qoymasın" - (VİDEO)

Çinarə Məlikzadə: Qarşıma elə bir oğlan çıxsın ki, məni oxumağa qoymasın - (VİDEO)
Video
Şou-biznes 3919
“Ayrılıq sənətlə bağlı olmayıb. Mən həmişə ailəyə bağlı olmuşam və müğənni olmaq üçün ayrılmamışam”. BAKU.WS-in məlumatına görə, bu sözləri gənc müğənni Çinarə Məlikzadə ARB TV-nin “Boş anlar” proqramında boşanmasından danışarkən deyib. Müğənni həmçinin bildirib ki, həmişə rahat yaşamağı məşhur olmaqdan üstün tutub. “Həmişə deyirdim ki, qarşıma elə bir oğlan çıxsın ki, məni oxumağa qoymasın. Müğənni olmaq üçün elə də ürəyim getməyib. Əksinə rahat yaşamağı sevmişəm. İndi gəzəndə sıxılıram. Çinarə evli olarkən yoldaşının onun müğənnilik etməsinə qadağan qoyduğunu etiraf edib. “Öz istəyimlə qadağan etmişdi. Sadəcə biz bir-birimizi olduğumuz kimi qəbul etməmişik. Ailədə əsas anlayışdır, oturub qarşılıqlı dost kimi saatlarla söhbət etməkdir. Bunlar yoxdusa alınmır”. Gənc müğənni boşanmasına peşman olmadığını bildirib. “Aramızda bəzi hadisələr oldu və biz belə bir qərara gəldik. 1 il nişanlı, 2 il də ailəli olmuşuq. İkimiz də uşaq olmuşuq. Ailə quranda 19-20 yaşımız olardı. Peşmançılığını çəkməmişəm heç vaxt. Həmişə mənə deyirdilər ki, peşman olacaqsan. Amma mən hələ ki, olmamışam. Heç kim ailə qurmur ki, ailəsi dağılsın. Mən də istəməmişəm. Amma bu qarşılıqlı olmalıdı. Tək tərəfli olanda alınmır”. İmanBAKU.WS

Son xəbərlər