Çimnaz Sultanova yeni serialda - VİDEO/FOTOLAR

Çimnaz Sultanova yeni serialda - VİDEO/FOTOLAR
Video
Şou-biznes 2480
Aktrisa Çimnaz Sultanova yeni seriala çəkilir. Ç. Sultanova bu barədə ilk dəfə BAKU.WS-ə açıqlama verib. Serialın adını hələ sirr saxlayan aktrisa obrazı haqda bunları deyib: "Güclü, iradəli bir qadın obrazını canlandırıram. Hansı ki, uzun illərdən sonra Azərbaycana qayıdır. Onun qayıdışından sonra maraqlı hadisələr baş verir. Bu obrazı oynamaqda çətinlik çəkəcəyəm. Belə ki, canlandırdığım obraz yaşca məndən böyükdür. Düşünürəm ki, bu rolu oynamaq mənim üçün yaxşı peşə təcrübəsi olacaq".
Çimnaz Sultanova yeni serialda - VİDEO/FOTOLAR
Ç. Sultanova ekran işinin yaradıcı və texniki heyətindən çox razı olduğunu bildirib: "Serialda işinin peşəkarı olan şəxslərlə çalışmaq insana ayrı zövq verir. Quruluşçu rejissor, səs rejissoru, montajçı, operatorlar, aktyor heyəti - hər biri bacarıqlı insanlardı. Çəkiliş prosesindən çox məmunam". Hüseyn MəmmədsalahovBAKU.WS
Çimnaz Sultanova yeni serialda - VİDEO/FOTOLAR
Çimnaz Sultanova yeni serialda - VİDEO/FOTOLAR

Son xəbərlər