"Çıxıb boşboğazlıq etmək istəmirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Emma Ələkbərzadə oğlu Davidlə keçirdiyi karantin günlərindən söz açıb.
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, sənətçi "MTV Azərbaycan"a açıqlamasında bütün günü evdə keçirdiklərini söyləyib:
"Əli uşaqlı biriyəm. Əksər vaxt evdə oluram, iş görürəm. Karantin günlərində də küçəyə çıxmadıq. Mən, Sevda (bacısı, Əməkdar artist Sevda Ələkbərzadə - red.) və Davit evdə oturduq. Çox gözəl vaxt keçirdik.
Passiv olsam, heç yerə getməzdim. Əsas odur özümü yaxşı hiss edim. Hər evdə övlad olanda yorulursan. Xoş yorğunluqdur".
Efirlərə gec-gec çıxması haqda suala isə Ələkbərzadə "Kliplərim az deyil. Bu gün tez-tez klip çəkdirmək mənazıdır. Səhnəyə gələn gündən efirə az görsənmişəm. Ayda iki dəfə görsənmək bəsdir. Çıxıb boşboğazlıq etmək mənlik deyil" cavabını verib.
Oxşar xəbərlər
Aktrisa Nərgiz Əliyeva: "3 gün cinlərlə yaşamışam" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aktrisa Nərgiz Əliyevadır. - Özünüzü necə təqdim edərdiniz?- Nərgiz Əliyeva. - Necə oldu ki, "Maşın şou"ya qatıldınız?- "Maşın şou"...