Çempionlar Liqasında dramatik gecə (VİDEO)

Çempionlar Liqasında dramatik gecə (VİDEO)
Video
Şou-biznes 1427
Çempionlar Liqasında sonuncu iki yarımfinalçının adları bəlli olub. BAKU.WS-in məlumatına görə, "Real Madrid" öz evinə "Yuventus"u qəbul edib. "Qoca sinyora" "Santiyaqo Bernabeu"da ilk dəqiqələrdən "Real" azarkeşlərini məyus edib. Mandzukiç 2-ci və 37-ci dəqiqədə, Matuidi isə 61-ci dəqiqə vurduğu qolla hesabı 0:3 çatdırıb. Oyunun artırılmış dəqiqələrində Ronaldo penaltidən vurduğu qolla komandasına yarımfinal vəsiqəsini təmin edib. İki klub arasındakı ilk oyunu "Real Madrid" 3:0 hesabı ilə qazanmışdı. Beləliklə, yarımfinalda "Real Madrid", "Liverpul", "Roma", "Bavariya" klubları çıxış edəcək.BAKU.WS

Son xəbərlər