Çəkiliş meydanına polis basqını: Məşhur aktyor saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
"TRT" kanalında yayımlanan "Ateş Denizi" serialının çəkiliş meydanına polis basqını olub.
BAKU.WS xəbər verir ki, polisin Beykoz Kundura fabrikində yerləşən setə qəfil təşkil etdiyi basqın zamanı baş rol ifaçısı Erdem Kaynarca saxlanılıb.
O narkotikdın istifadədə ittiham edilib. "Nezih" obrazını canlandıran aktyor karvandan düşürülüb polis avtomobilinə mindirilib.
Aktyor, növbəti səhnəsi üçün karvanda hazırlıq gördüyü əsnada polislər tərəfindən saxlanılıb.
Onun avtomobildən hər hansı bir şübhəli maddə tapılmayıb və maşının təmiz olduğu üzə çıxıb.
Çəkilişlərə məcburi fasilə verilib.
Aktyor ifadəsi alınmaq üçün polislərin müşayiəti ilə bölməyə aparılıb.
Beykozdan Halkalı Narkotik Şöbəsinə aparılan Erdem Kaynarcanın dindirilməsi baş tutub. İfadəsi alındıqdan, ekspertiza üçün saç və qan nümunələri götürüldükdən sonra gənc aktyor sərbəst buraxılıb.
İstintaqın davam etdiyi qeyd olunur.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...