Castin Timberleyk Bakıdadır!
Dünya şöhrətli pop ulduzu Castin Timberleyk artıq Bakıdadır.
BAKU.WS xəbər verir ki, o, paytaxta ötən gün gəlib.
Sənətçi 27 iyulda Bakı Olimpiya Stadionunda konsert proqramı ilə çıxış edəcək. Bu tədbir onun "The Forget Tomorrow World Tour" dünya turuna daxildir və Azərbaycanda ilk solo konserti olacaq.
Konsertdə ifaçının yeni "Everything I Thought It Was" albomundan mahnılar səslənəcək. Bakıdakı çıxış üçün yüksək texnologiyalı səhnə və xüsusi vizual effektlər nəzərdə tutulub.
Konsertə görə ölkəmizə 25 minə yaxın turist gələcək. Onların bir qismi artıq hotellərinə yerləşib. 20 mindən çox yerli əhali də tədbiri izləyənlər arasında olacaq. Ümumilikdə konsertdə 50 minə yaxın insan iştirak edəcək.
Oxşar xəbərlər
"Yaprak Dökümü"nün Fikret və Tahsini illər sonra görüşdü
Türkiyənin reytinqli layihələrindən olan "Yaprak Dökümü" serialının aktyorları illər sonra görüşüblər. BAKU.WS saytı xəbər verir ki, məşhurlar bu gün dəfn məra...