"Bütün orqanlarımda kimyaterapiyanın zədələri var" - VİDEO
13
dek
2018
17:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xərçəng xəstəliyinə qalib gələn tanınmış teleaparıcı, hüquqşünas Zülfiyyə Bayramova "ATV maqazin onlarla" verilişinə açıqlama verib. BAKU.WS-in məlumatına görə, Z. Bayramova bildirib ki, anası və bacısı da məhz xərçəngdən dünyasını dəyişib: "İçimdə onların qisas hissi var idi. O xəstəlik anamı və bacımı apardı. Bacımı çox cavan itirdim. O həmin xəstəliklə mübarizə apara bilmədi. Ölümün gözünün içinə baxdı. Bəlkə də o qisas var idi içimdə. Eşidən kimi dedim ki, mən ondan qisas alacam. Əsas odur ki, bitdi, hər şey geridə qaldı. Hər gün yüzlərlə, minlərlə dua gəldi. Bədxassəli şişə "yox" dedik. O müharibədə mənim orqanlarım iştirak etdi. Hamısı yaralanıb. Bütün orqanlarımda kimyaterapiyanın zədələri var". BAKU.WS
Oxşar xəbərlər
Zülfiyyə Bayramova xərçəng xəstəliyinə qalib gəlib
Aparıcı Zülfiyyə Bayramova xərçəng xəstəliyinə qalib gəlib.BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat paylaşıb. "Allaha min şükür! Sən çox böy...