Bulvarda möhtəşəm dəyişiklik: adalara su taksisi ilə gedəcəksiniz

Bulvarda möhtəşəm dəyişiklik: adalara su taksisi ilə gedəcəksiniz
Şou-biznes 2748

 

Prezident İlham Əliyevin tapşırığı ilə Sumqayıtda dənizkənarı yeni bulvar və Sahil parkı layihəsinin uğurla icra olunması şəhərin simasını tamamilə dəyişməklə yanaşı, həm də Sumqayıtın turizm imkanlarını artırıb. Artıq yüzlərlə şəhər sakininin və turistlərin hər gün ən çox üz tutduğu yer yeni bulvardır.

BAKU.WS-in məlumatına görə, şəhərin yeni dənizkənarı bulvarı isti yay günlərində sərin havada istirahət etmək istəyənlərin ən sevimli məkanı olub. Sahil boyunca əsrarəngizliyi, təmiz hava şəraiti, yaşıllığı ilə seçilən bulvar göz oxşayır. Qısa vaxtda burada ən müasir infrastruktur yaradılıb, müasir tələblərə cavab verən yeni-yeni müxtəlif xidmət və iaşə obyektləri tikilib. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsini təşkil etmək üçün də yeni layihələrin icrasına başlanılıb. Şəhərin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan yeni bulvarda artıq 1 kilometrlik hissə tam hazırdır. Bulvarda kiçikölçülü gəzinti avtobuslarının, avtomobillərin, velosiped sürənlərin maneəsiz hərəkəti üçün sahil boyu xüsusi hərəkət zolağı salınıb. Ərazidə nadir ağac növləri və bitkilər əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu da inşa olunur.

Sahildə inşasına başlanılan estakadalarda tikinti-quraşdırma işləri başa çatdıqdan sonra turistlər üçün şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. Həmçinin bulvarda taksi katerlər vasitəsilə Xəzərdə yerləşən adalara səyahət etmək də planlaşdırılır. Qeyd edək ki, bulvarda fəvvarə kompleksi, Bayraq Meydanı, Multikulturalizm abidəsinin də inşasına başlanılıb.

Azərtac

BAKU.WS

Son xəbərlər