Bu vitaminin əskikliyi xərçəngə səbəb olur
Bu vitaminin ciddi defisiti xərçəngə kimi səbəb ola bilər.
BAKU.WS medicina.az-a istinadən xəbər verir ki, nevroloq Kseniya Ovsyannikova vitamin əskiliyi zamanı aptekdən ovuc-ovuc vitaminlərin alınıb qəbulunu da düzgün taktika hesab etmir.
"Bəzi vitaminlərin əskikliyi onkoloji xəstəliklər yarada bilər. Bunlardan biri D və B12 vitaminidir.B12 barədə alimlər xəbərdar ediblər.
Məhz B12 əskikliyi onkoloji xəstəlik yaradır, onun qəbulu yox. Əgər artıq insanda xəstəlik varsa, B12 qəbulu barədə həkimi ilə məsləhətləşməlidir.
B12 - kobalamin suda həll olan B qrup vitaminin ən vaciblərindəndir.
Onun atomu qanın, hemoqlobinin strukturuna bənzəyir.
Əsas rolu qan hüceyrələrinin bölünüb çoxalması, DNT və RNK-nın sintezi, sinir örtüyü - mielinin sintezi, sinir keçiriciyi və beynin işidir.
Kobalamin mütləq hər gün qida ilə orqanizmə daxil olmalıdır. Əsas mənbəyi - qaraciyər, ət, toyuq, süd, yumurta, kəsmik, pendirdir.
B12 defisitinin əsas simptomları: yorğunluq, baş ağrısı, yaddaşsızlıq, ürəkdöyünmə, əl-ayaqda ağrılar, qanazlığı".
Oxşar xəbərlər
Uşaqlarda hərarətin yüksəlməsi zamanı ilk yardım
Valideynlər bilməlidirlər ki, körpələrdə hərarətin bir qədər yüksəlməsi heç də, mütləq olaraq hər hansı bir xəstəliyin əlaməti deyil. BAKU.WS “milli.az”a istina...