Bu vasitə siqaretə olan asılılığı azaldır
Yeniliklərdən dərhal xəbərdar olun
Nikotin asılılığı və piylənmə ilə mübarizə aparan bir vasitə aşkar edilib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, alimlər təklif edirlər ki, arıqlama inyeksiyası insanlara pis vərdişdən qurtulmağa kömək edir. Araşdırmalar göstərib ki, 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə edilən dərmanların aktiv tərkib hissəsi olan semaqlutid siqaret çəkmə istəyini azaldır.
Təcrübədə 2-ci tip şəkərli diabet və tütündən istifadə pozğunluğundan əziyyət çəkən 223 minə yaxın insan iştirak edib. Onların bəziləri piylənmədən əziyyət çəkənlər olub. Enjektabl semaqlutid qəbul edən xəstələrə, diabet üçün digər dərman qəbul edən xəstələrə nisbətən il ərzində siqareti dayandıran dərmanlar və ya məsləhətlər təyin olunma ehtimalı daha az idi. Bu da o deməkdir ki, diebet üçün qəbul edilən dərmanlar siqarətə qarşı olan istəyi azaldır.
Müəlliflərin fikrincə, bu, semaqlutidin siqaretdən imtina üçün perspektivli bir müalicə olduğunu göstərir.
Oxşar xəbərlər
Siqaret çəkməyi tərgitmək istəyən şəxslər üçün şad xəbər
Gələn ay Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti...