Bu ölkə də "Avroviziya 2026"dan imtina etdi

Bu ölkə də Avroviziya 2026dan imtina etdi
Foto
Şou-biznes 138

İslandiya dövlət kanalı "Avroviziya 2026"dan çəkildiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə müsabiqənin rəsmi instaqram səhifəsi olan "12xal" məlumat yayıb.

Qeyd edilib ki, bununla da İsrailə görə müsabiqədən çəkilən ölkələrin sayı 5-ə yüksəlib.

Əgər Ermənistan müsabiqədə iştirak edərsə, "Avroviziya 2026"ya qatılan ölkələrin sayı 35 olacaq ki, bu da hər yarımfinalda 15 ölkənin çıxış edəcəyi deməkdir.

Bu ölkə də

Qeyd edək ki, 4 dekabrda Avropa Yayım Birliyi (AYB) İsrailin Avroviziyada iştirakına icazə veriləcəyini açıqlayıb. Bundan sonra İspaniya, İrlandiya, Niderland və Sloveniya "Avroviziya 2026"dan imtina edib.

"Avroviziya 2026" yarışması gələn ilin may ayında Avstriyanın Vyana şəhərində keçiriləcək.

"Avroviziya 2026"ya qatılmamaq qərarı AYB-nin son qərarından dərhal sonra alınmışdı. Biz görürük ki, qarşıdakı buraxılışda iştirak etmək İslandiya adına nə sevinc, nə də sülh gətirəcək.

Gələcəkdə qayıtmağı istisna etmirik, lakin gələn ilki müsabiqədə olmayacağıq.

Oxşar xəbərlər

Türkiyəli aktyorlar seriallardan neçə milyon qazanır? - SİYAHI

Türkiyəli aktyorlar seriallardan neçə milyon qazanır? - SİYAHI

Türkiyəli məşhur serial cütlüklərinin hər bölümdən qazandığı qonorar bəlli olub. Siyahıda bölüm başına 800 000 lirədən, 4 milyon 250 min lirəyə qədər qonorar al...

233 Şou-biznes 10:52 11 dekabr 2025

Son xəbərlər