Bu müğənnilər tanınsa da kasıb qalıblar
Dünya musiqisində bir çox tanınmış ifaçı böyük şöhrət qazansa da, maliyyə baxımından çətin vəziyyətə düşüb.
BAKU.WS xəbər verir ki, 1990-cı illərin pop ulduzu Em Si Hemmer milyonlarla dollar qazansa da, lüks həyat tərzi və idarəetmə səhvləri səbəbindən iflas edib.
Məşhur qızlar qrupu Ti-El-Si 65 milyondan çox albom satmasına baxmayaraq, gəlirin əksəriyyəti prodüserlərə getdiyi üçün qrup üzvləri müflis olub.
"Flitvud Mek" qrupunun keçmiş üzvü Danni Kirvan illər sonra evsiz qalıb və Londonda küçələrdə yaşayıb.
Rok ifaçısı Billi Coel də meneceri tərəfindən aldadılaraq milyonlarla dollar itirib.
Ulduz reper Lorin Hill isə vergi borcları və uğursuz müqavilələr səbəbindən karyerasının zirvəsində ciddi maddi çətinliklərlə üzləşib.
Bu hallar göstərir ki, musiqidə uğur hər zaman maliyyə sabitliyi demək deyil.
Oxşar xəbərlər
Dostunun borc verdiyi 500 000 dolları 10 dəqiqədə qumarda itirib
Şoumen Mehmet Ali Erbil dostu, müğənni Serdar Ortaçla bağlı şok etiraf edib. BAKU.WS xəbər verir ki, o sənətçiyə borc olaraq 500 000 dollar verib. Daha sonra S...