Bu günə olan hava proqnozu
04
yan
2017
08:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında yanvarın 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında bu gün hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Şahin Həbibov BAKU.WS
Oxşar xəbərlər
Sabaha olan hava proqnozu açıqlandı: 11 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin...