Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Şou-biznes 719
  Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Azərbaycan rayonlarında bu gün bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək . Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, Bəzi yerlərdə 17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.   BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və...

7 Şou-biznes 13:20 24 fevral 2016

Son xəbərlər